Accessibility links

Gəncədə fərdi evə mərmi düşüb


Bir neçə gün əvvəl Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) fərdi evlərdən birinə mərmi düşüb. Bu barədə Fransada siyasi mühacirətdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid yazıb.

O, Facebook səhifəsində mərminin və mərmi düşən evin fotolarını, həmçinin video-gürüntü yayıb.

Mərmi düşən ev
Mərmi düşən ev

Mərmii evin çöl divarını deşərək mərtəbələrdən birinin tavanından keçərək otaqlardan birində daxili divara dəyib.

“Mərmi düşərkən ailə üzvləri evdə olub. Xoşbəxtlikdən mərmi partlamayıb və xəsarət alan olmayıb,” evinə mərmi düşən ailənin yaxnlarından biri Amerikanın Səsinə bildirib.

Müdafiə Nazirliyi və hüquq-mühafizə orqanları yayılan məlumata hələ münasibət bildirməyib.

Mərminin fotoşəkli ilə tanış olan hərbi ekspertlər hesab edir ki, şəkildə əks olunan çox güman ki, 125 millimetrlik tank mərmisidir.

XS
SM
MD
LG