Accessibility links

G-7 İran və Rusiyaya xəbərdarlıq edib


Böyük Yeddilər qrupu bazar günü İranın nüvə ambisiyalarını məhdudlaşdırması üçün razılığa gəlməsi üçün vaxtının daraldığını bildirib və Rusiyaya Ukraynanı işğal etməsinin nəticələri barədə xəbərdarlıq edir.

Dünyanın ən zəngin ölkələrinin xarici işlər nazirləri İngiltərənin şimal-qərbində Liverpul şəhərində iki günlük görüş keçirərək, qlobal təhlükələrə qarşı güclü vahid mövqe sərgiləməyə çalışıblar.

G-7-yə ev sahibliyi edən Britaniya İran məsələsi ilə bağlı bildirib ki, Vyanada bərpa olunan danışıqlar İslam Respublikasının “danışıq masasına ciddi həll yolu ilə qayıtması üçün son şansıdır.”

“İranın bu sazişə razılaşması üçün hələ vaxtı var,” xarici işlər naziri Liz Truss mətbuat konfransı zamanı bildirib.

İranla dünya qüdrətləri arasında 2015-ci ildə əldə olunan razılığı bərpa etmək məqsədi daşıyan danışıqlar cümə axşamı yenidən başlayıb. Birləşmiş Ştatlar 2018-ci ildə Donald Trampın hakimiyyəti altında razılıqdan geri çəkilib.

İran yalnız dinc məqsədlə nüvə inkişaf etdirmək istədiyini bildirsə də, Qərb qüdrətləri deyir ki, İranın zənginləşdirilmiş uran ehtiyatları bu məqsəd üçün lazım olan ehtiyatlardan çoxdur və nüvə silahı inkişaf etdirmək üçün istifadə oluna bilər.

ABŞ Prezidenti Co Bayden razılığa geri dönməyə hazır olduğunu deyib, İran rəsmiləri də danışıqlara ciddi yanaşırlar.

Lakin Qərb qüdrətləri Tehranı bu ilin əvvəli əldə olunan irəliləyişlərdəki geriləmələrə görə gühanladırır və zamanla yarışırlar.

Trussun şərhləri ilk dəfədir ki, ilkin razılığa üzv ölkə danışıqlarla bağlı ultimatum verir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG