Accessibility links

Dünya liderləri Kanadada Böyük Səkkizlər və Böyük İyirmiliyin sammitinə toplaşmağa başlayıb


Davamlı iqtisadi inkişafa nail olmaq yolları müzakirələrin diqqət mərkəzində olacaq

Dünya liderləri Kanadada Böyük Səkkizlər və Böyük İyirmiliyin sammitinə toplaşmağa başlayıb. Dünyanın sənayesi inkişaf etmiş ölkələrinin sammitində iştirak edən prezidentlər və baş nazirlər arasında Rusiya prezidenti Dmitri Medvedev, Yaponiyanın baş naziri Naoto Kan və Britaniyanın baş naziri Deyvid Kamerun artıq cümə axşamı günü Kanadaya gəliblər.

Rəsmilərin bildirdiyinə görə, dünya liderləri təhlükəsizlik məsələlərini müzakirə edəcək, lakin danışıqların diqqət mərkəzində davamlı iqtisadi inkişafa nail olmaq yolları olacaq.

ABŞ prezidenti Barak Obama Böyük Səkkizlər qrupuna daxil olan ölkələrin liderləri danışıqlar aparmaq üçün bu gün Toronto yaxınlığında Muskokaya səfər edəcək.

Şənbə günü isə müzakirələr Torontonun özündə dünya iqtisadiyyatında istehsalın 90 faizi onların payına düşən ölkələrin liderlərinin iştirakı ilə daha geniş tərkibdə aparılacaq.

XS
SM
MD
LG