Böyük Yeddilər (G-7) qrupunun xarici işlər nazirləri şənbə günü Rusiyanın iqtisadi və siyasi təcridini artırmağı, Ukraynanı silahla təchiz etməyi və Almaniya xarici işlər nazirlərinin sözlərinə görə, Moskvanın başlatdığı “buğda müharibəsi” ilə mübarizə aparmağı vəd ediblər.
Baltik dənizi sahilindəki Veissenhaus kurortunda 400 illik malikanədə görüşdükdən sonra Britaniya, Kanada, Almaniya, Fransa, İtaliya, Yaponiya, Birləşmiş Ştatlar və Avropa İttifaqından yüksək səviyyəli diplomatlar həmçinin hərbi və müdafiə dəstəklərini “lazım olduğu qədər” davam etdirməyi vəd ediblər.
Birgə bəyanatda bildirilib ki, onlar həmçinin dünya boyu ərzaq təminatı problemlərinə görə Rusiyanın Qərbi Moskvaya tətbiq olunan iqtisadi sanksiyalar səbəbilə günahlandıran dezinformasiyasına qarşı mübarizə edəcəklər və Çini Moskvaya yardım etməməyə nə də Rusiyanın müharibəsinə haqq qazandırmamağa çağırıb.
“Biz bu müharibənin fəsadların azaltmaq üçün kiayət qədər iş görmüşükmü? Bu, bizim müharibəmiz deyil. Bu, Rusiya prezidentinin müharibəsidir, ancaq bizim qlobal məsuliyyətimiz var,” Almaniyanın Xarici işlər naziri Annalena Baerbok yekun mətbuat konfransında müxbirlərə bildirib.
Rusiyaya daha çox təzyiq göstərməyin yolu Rusiya neftini qadağan etmək və ya tədricən azaltmaqdan keçir. Avropa İttifaqı üzvlərinin gələn həftə məsələ üzərində razılıq əldə edəcəkləri gözlənilir, baxmayaraq ki, hazırda Macarıstan buna qarşı çıxır.
“Biz Rusiyanın enerji təchizatından asılılığı azaltmaq və dayandırmaq üçün səylərimizi sürətləndirəcəyik və G-7 öhdəliklərinə əsaslanaraq, mümkün qədər tez bir şəkildə Rusiya kömürünün və neftinin idxalını mərhələli şəkildə dayandıracağıq və ya qadağan edəcəyik,” bəyanatda bildirilib.
Nazirlər deyiblər ki, onlar Rusiya elitasına, o cümlədən Prezident Vladimir Putinə “seçdiyi müharibəni davam etdirməyə” imkan verən iqtisadi aktyorlara, mərkəzi hökumət institutları və orduya əlavə sanksiyalar tətbiq edəcəklər.
Ukrayna və Moldovanın xarici işlər nazirlərinin də iştirakı ilə Almaniyanın şimalında keçirilən görüşdə həmçinin ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqlar və Ukraynadakı müharibənin qonşu Moldovaya sıçraya biləcəyinə dair qorxuları vurğulayır.
“Afrika və Yaxın Şərqdə insanlar öləcəklər və biz təcili bir sualla üzləşirik: dünya insanları nə ilə qidalana bilər? İnsanlar özlərinə sual verirlər ki, əvvəllər Rusiyadan və Ukraynadan aldığımız taxıl olmasa, nə olacaq?” Baerbok deyib.
O əlavə edib ki, G-7 növbəti məhsul yığımına qədər Ukraynadan həyati əhəmiyyətli malları çıxarmaq üçün logistik həllər tapmağa çalışacaq.