Accessibility links

Mətbuat icmalı: ABŞ müdafiə naziri Robert Geytsin Azerbaycana səfəri


Vaşinqton Post yazır ki, Azərbaycan rəsmiləri Obama administrasiyasının, Dağlıq Qarabağ məsələsinin həlli sahəsində lazımi qədər iş görmədiyindən narahat idilər.

Vaşinqton Post qəzeti yazır ki, Birləşmiş Ştatlar Əfqanıstana qoşun, yanacaq, su və başqa materailların göndərilməsində Azərbaycanın dəmiryolları, limanları və hava məkanından istifadədən asılı vəziyyətdədir.

Washington Post yazır ki, Azərbaycan rəsmiləri son vaxtlarda Obama hökumətinin bu ölkəyə lazımı qədər diqqət yetirmədiyindən narahatlıqlarını bildirəndən sonra Ağ Ev buna sürətlə cavab verib və keçən bazar günü Müdafiyə Naziri Robert Geytsi Azərbaycana göndərib. Qəzetin yazdığına görə ABŞ müdafiə naziri Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşərək onu əmin edib ki, onun Vaşinqtonda dostları var.

Azərbaycan Prezidentinə, Prezident Obamanın şəxsi məktubunu çatdıran Robert Geyts müxbirlərə deyib ki, “ biz Azərbaycana kifayət qədər diqqət yetirmədiyimiz barədə bu ölkədə mövcud olan narahatlıqları aradan götürmək istəyirik”. Vaşinqton Post yazır ki, Azərbaycanın nümayəndələri bu ölkə üzərindən Əfqanıstana tranzit səfərlərlə əlaqədar iki milyon dollarlıq borcun hələ də ödənməməsindən və Obama administrasiyasının, Dağlıq Qarabağ məsələsinin həlli sahəsində lazımi qədər iş görmədiyindən qeyri-rəsmi olaraq gileylənirdilər.

Əfqanıstana yük və təchizatların göndərilməsində cənubi Qafqaz və Orta Asiya ölkələrindən gettikcə daha asılı vəziyyətə gələn Pentaqon Azərbaycanın narahatlığını ciddiyə aldığını nümayiş etdirməklə bu ölkəyə olan 2 milyon dollarlıq borcunu dərhal ödəyəcəyini və Azərbaycana ABŞ-ın yüksək səviyyəli rəsmilərinin səfərlərinin davam edəcəyini bildirib.



XS
SM
MD
LG