Accessibility links

Gəncə və Təbriz qardaşlaşıb


Gəncə və Təbriz şəhərlərinin rəhbərləri
Gəncə və Təbriz şəhərlərinin rəhbərləri

Fevralın 8-də Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin Təbrizə səfəri çərçivəsində iki şəhərin qardaşlaşması ilə bağlə protokol imzalanıb.

Gəncə və Təbrizin qardaşlaşması protokolunun imzalanmasından sonra Gəncənin İcra Hakimiyəti başçısı ilə Şərqi Azərbaycan valisi İsmail Cabbarzadə iki şəhər arasında əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib. Şərqi Azərbaycan valisi Gəncə və Təbrizin sənaye üzrə iş adamlarının əlaqələrinin artırılmasını istəyib.

Elmar Vəliyev də öz növbəsində iki şəhərin potensiallarına toxunaraq, bunun qarşılıqlı əlaqəyə səbəb olacağını deyib.

XS
SM
MD
LG