Accessibility links

“Qadınlara qarşı zorakılığa son” Forumu [Video]


"Qadınlara qarçı zorakılığa son" kampaniyası

Forum gender zorakılığına qarşı beynəlxalq kampaniyanın tərkib hissəsidir

"Regional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyəti dekabrın 12-də forum keçirib. Tədbirdə təşkilat “Qadınlara qarşı zorakılığa son” kampaniyasının yekunlarını təqdim edib. Aksiya bütün dünyada noyabrın 25-dən dekabrın 10-na qədər keçirilən gender zorakılığına qarşı 16 günlük beynəlxalq kampaniyanın tərkib hissəsi idi.

"Qadınlara qarçı zorakılığa son" kampaniyası
"Qadınlara qarçı zorakılığa son" kampaniyası

Kampaniya Asiya İnkişaf Bankı, Kvinna til Kvinna Fondu, Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatı, Almaniyanın Marşal Fondu ilə əməkdaşlığın nəticəsi olub.

“Regional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl təkcə kampaniyanın yekunlarını deyil, həm də rəhbərlik etdiyi QHT-nin qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi sahəsində 12 illik fəaliyyətini təqdim edib.

"Qadınlara qarçı zorakılığa son" kampaniyası
"Qadınlara qarçı zorakılığa son" kampaniyası

Forumda qadınlara qarşı zorakılıq problemi ilə bağlı vəziyyət haqqında ekspertlər fikir mübadiləsi aparıb.

Forum iştirakçıları bu sahədə, xüsusən kişilər arasında təbliğatın gücləndirilməsi zərurəti haqqında həmfikir olublar.

Statistika məlumatlarına əsasən, 2016-cı ilin 9 ayı ərzində Azərbaycanda qadınlara qarşı 4552 cinayət qeydə alınıb. Hər səkkiz cinayətdən biri məişət, yəni ailə münaqişələri zəminində törədilib. Bu cinayətlərə və əməllərə görə 2000-dən çox insan məsuliyyətə cəlb olunub.

Forumda “Qadınlara qarşı zorakılığa son” mövzusunda gender cəmiyyətinin kişi qisminin çəkildiyi sosial videoçarx təqdim edilib.

XS
SM
MD
LG