Accessibility links

Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığı müzakirə edilib


Pərviz Şahbazov

Noyabrın 11-də Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşündə Azərbaycan və Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Kestutis Yankauskas
Kestutis Yankauskas

Görüşdə nazir Cənub Qaz Dəhlizinin reallaşmasının nəinki Azərbaycanla Aİ arasında, həm də böyük bir coğrafiyada çoxtərəfli əməkdaşlığın möhkəmlənməsini təmin edəcəyini qeyd edib.

Yankauskas Cənub Qaz Dəhlizi layihəsini Aİ-nın yeni enerji təchizatı mənbələrinin və nəql infrastrukturlarının diversifikasiyası siyasətinin tərkib hissəsi kimi dəyərləndirib.

Həmçinin Aİ və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni sazişin imzalanması, "Şərq Tərəfdaşlığı" proqramının həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG