Accessibility links

"Azərbaycan hökuməti tənqidi səsləri susdurmaq istəyir."


Giorgi Qogiya

“İlin əvvəlində 16-17 jurnalisti, siyasi fəalı buraxanda müəyyən ümidlər var idi ki, bu addım Azərbaycanın müsbətə doğru addımlamasına bir işarədir. Əfsuslar ki, bu ümidlər özünü doğrultmadı,” deyə Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Qogiya Amerikanın Səsinə müsahibədə Azərbaycanda insan haqlarının hazırkı durumunu şərh edib. Onun sözlərinə görə İlham Əliyev hökuməti son bir neçə ildə ölkədə müstəqil sivil cəmiyyətin mövcudluğu üçün lazım olan məkanı sistematik olaraq məhv edib.

Jurnalist və siyasi fəalların siyasi motivli maddələrlə həbs olunduğu Azərbaycanda Beynəlxalq İnsan Haqları Günü xüsusi narahatlıqla qarşılanır. Cümə axşamı mərhum prezident Heydər Əliyevin heykəlinin postamentinə qraffiti yazdıqdan sonra həbs edilmiş Bayram Məmmədova 10 ½ həbs cəzası verilməsi Qogiya kimi əksər bir çox hüquq müdafiəçilərini hiddətləndirib.

İnsanlar Bayram Məmmədovun əməlinin məzmunu və metodu ilə razılaşmaya bilər. Ancaq buna görə adama 10 il iş düşmür.

“Bu, növbəti siyasi motivli təqibdir. Bayram Məmmədovun heç bir günahı yoxdur,” Qogiya bildirir. Hüquq müdafiəçisinin sözlərinə görə kimlərsə Məmmədovun şüarının məzmunu və bunun metodunu sual altına ala bilər. “Ancaq bu hərəkətə görə 10 il iş düşmür.”

Qogiya əlavə edib ki, Bayram və onun yoldaşı Qiyas İbrahimin saxlanma şəraitində üzləşdikləri işgəncə və təzyiqlər araşdırılmayıb. Cəzanın özü də sifariş xarakteri daşıyır. “Bu hökmlər belə görünür ki, başqalarını oxşar hərəkətlərdən çəkindirmək məqsədi daşıyır. Onlar istəmirlər ki, başqaları Bayramın və Qiyasın yolunu getsin. ... Bu aydın şəkildə Azərbaycanda müstəqil səslərin susdurulmasına yönəlib.”

Bayram Məmmədov (Foto by: Amid Süleymanov)
Bayram Məmmədov (Foto by: Amid Süleymanov)

Human Rights Watch təşkilatının təmsilçisi Azərbaycanda bir qayda olaraq siyasi fəallara qarı irəli sürülən ittihamların qeyri-siyasi xarakter daşıdığını önə çəkib. “Siyasi fəallar adətən narkotiak gəzdirmək yaxud xuliqanizm maddələri ilə həbs olunur. Bayram məmədovua qarıı ittihamlar da məhz bu tendensiyanın tərkib hissəsidir. .”

Qogiya Amerikanın Səsinə müsahibədə Azərbaycan hökumətinin Avropa Şurası qarşısndakı öhədlikləri qulaqardına vurmasından naharatlığını ifadə edib. “Avropa İnsan Haqları Məhkəməsi dəfələrlə REAL hərəkatının lideri İlqar Məmmədovun dərhal azadlığa buraxılmasına çağırıb, lakin rəsmi Bakı bu çağırışlara məhəl qoymur.” Halbuki məhkəmə çoxdan aydın edib ki, İlqar Məmmədivun həbsini siyasi motivli hesab edir.

Azərbaycan hökuməti tənqidçilərinə qarşı açıq-aşkar repressiya siyasəti yürüdür.

ABŞ Konqresinin bu günlərdə təsdiq etdiyi Qlobal Maqnitski Aktının insan haqlarını pozan ölkələrə mümkün təsirlərini şərh edən Giorgi Qogiya bunu qlobal miqyasda insan haqlarının qorunması istiqamətində “mühüm addım “ adlandırıb. “İndən belə bütün ölkələri cəzalandırmaq əvəzinə konkret olaraq insan haqlarını pozan şəxslərə viza qadağaları və başqa sanksiyalar tətbiq olunacaq,” Qogiya Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG