Accessibility links

Gömrük yığımlarının həcmi artırılıb


Azərbaycanın gömrük xəritəsi
Azərbaycanın gömrük xəritəsi

Azərbaycan Nazirlər Kabinetinin avqustun 6-da qəbul etdiyi qərara əsasən, yüklərin gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımının miqdarına dair bir sıra tələblərə yenidən baxılıb. Bu qərara əsasən gömrük yığımları orta hesabla 50 faiz artırılıb.

Gömrük yığımı gömrük rüsumu deyil. Bu malın və xidmətin rəsmiləşdirilməsi zamanı onun dəyərindən asılı olaraq mal sahibinin ödədiyi əlavə xidmət haqqıdır.

Əvvəllər malların gömrük dəyəri 1000 manat olanda 10 manat gömrük yığımı alınırdı. Nazirlər kabinetinin qərarı mətbuatda dərc edildikdən (7 avqust) 30 gün sonra bu məbləğ 50% artırılacaq. Yığımların differensasiya edilmiş şkalasına da dəyişiklik edilib. Belə ki, maksimum ödəniş məbləği (qiyməti 1 milyon manatdan çox olan malların rəsmiləşdirilməsi) 275-dən 600 manatadək artırılıb. Hansı ki, indiyədək 100 min manatdan çox dəyərində malların gömrük rəsmiləşdirilməsi üçün 275 manat alınırdı.
Ölkəyə gətirilən yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün vəsiqə verilməsinə görə gömrük yığımları 20 manatdan 30 manata, digər nəqliyyat vasitələri üçün 15 manatdan 25 manata artırılıb.

Daşınan mallara GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılması onların sahiblərinə hər 24 saat üçün 10 manata başa gələcək. Bundan əvvəl bu xidmətin qiyməti iki dəfə ucuz idi.

Hökumət qərar qəbul edərkən Dövlət Gömrük Komitəsinin İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırılmış təklifini nəzərə alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG