Accessibility links

Sergey Lavrov: Ermənistan və Azərbaycan bir neçə mühüm aspekt üzrə razılığa gəlməkdən uzaqdır


Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır, müasir dövrün əksər mühüm problemləri üzrə iki ölkənin mövqeləri üst-üstə düşür. Rusiya və Azərbaycan prezidentlərinin müntəzəm əlaqələri konkret istiqamətlərdə həlledici rol oynayır. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov martın 6-da Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Dağlıq Qarabağ mövzusuna toxunan nazir deyib: "Təbii ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqqında danışdıq. Rusiya bundan sonra da həm Bakı və Yerevanla ikitərəfli münasibətləri çərçivəsində, həm də üçtərəfli - Rusiya, Azərbaycan və Ermənistan formatında görüşlərdə və əlbəttə ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflər üçün məqbul olan həllərin axtarışına yardım edəcək.

Biz bütün addımları həmsədrlər - həmkarlarımız ABŞ və Fransa tərəfindən hazırlanan prinsipial yanaşmalar çərçivəsində atırıq. Ermənistan və Azərbaycan hələlik Qarabağ nizamlanmasının bir neçə mühüm aspekti üzrə razılığa gəlməkdən uzaqdır", Lavrov bildirib.

"Biz Qarabağ münaqişəsinin nizamlanacağına ümid edirik. Uzun illər davam edən əlaqələrin nəticələri bunu göstərir, onların yekunlarına görə nizamlanacaq əsas məsələlər barəsində ümumi anlayış əldə etmək mümkün olub. Bu, həm təhlükəsizlik məsələləri, ilk növbədə humanitar məsələlər, hazırda Qarabağ ətrafında Azərbaycanın nəzarəti altında olmayan rayonların qaytarılması məsələləridir. Bu, həm də Dağlıq Qarabağın statusunun müəyyən edilməsidir - şübhəsiz, orada yaşayan insanlar nəzərə alınmaqla. Bu, həm də beynəlxalq sülhməramlı qüvvələrin parametrlərinin razılaşdırılmasıdır", Lavrov qeyd edib.

“Bu aspektlərin əksəriyyəti üzrə "razılaşmamız var", deyə o əlavə edib.

"Amma yekun paket üçün mühüm olan iki-üç konkret mövzu hələlik müzakirə olunmur. Yalan danışmayacağam, biz hələlik tərəflərin bu aspektlərə vahid yanaşma işləyib hazırlayacağı vəziyyətdən uzağıq", Lavrov bildirib.

Daha sonra o qeyd edib ki, tərəflər Xəzər mövzusunu müzakirə ediblər.

"Ümid edirik ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin qarşıda duran müşavirəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işi yekunlaşdırmaq mümkün olacaq", deyə o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə isə görüş zamanı Azərbaycan və Rusiya arasında hərtərəfli əməkdaşlığın, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində hökumətlərarası müştərək komissiyanın və hökumət üzvləri səviyyəsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bu xüsusda Azərbaycanın Rusiyanın regionları ilə əməkdaşlığının genişlənməsinin xüsusi rola malik olduğu diqqətə çatdırılıb və birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Tərəflər parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunaraq, parlament nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinin iki ölkə arasında dostluq və anlaşmanın inkişaf etdirilməsinə mühüm töhfə verdiyini bildiriblər.

İki ölkə arasında müqavilə-hüquq bazasının 200-dən artıq müxtəlif sənədi əhatə etməsi müsbət hal kimi qiymətləndirilib.

Regional məsələləri müzakirə edən nazirlər üçtərəfli formatda Azərbaycan-İran-Rusiya əməkdaşlığının siyasi, iqtisadi və nəqliyyat imkanları baxımdan regionlararası əməkdaşlığın inkişafında vacib amil olduğunu vurğulayıb.

Görüş zamanı “Rusiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında Məsləhətləşmələr Planı” imzalanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG