Martın 13-də Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanın NATO ilə “Planlaşdırma və Analiz Prosesi” (PAP) və “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” (FTƏP) sənədlərinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, PAP və FTƏP proqramları üzrə məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi məsələləri müzakirə olunub.
Görüş iştirakçıları NATO ilə Azərbaycan arasında hərbi təhsil və təlim sahəsində birgə fəaliyyət planını, Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində aparılan fəaliyyətlər və Azərbaycan sülhməramlılarının Əfqanıstandakı “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfə və digər mələləri də nəzərdən keçirib.