Accessibility links

Azərbaycan müdafiə naziri Türkiyə Jandarma baş komandanı ilə görüşüb


Azərbaycan müdafiə naziri Zakir Həsənov aprelin 27-də Azərbaycanda səfərdə olan Türkiyə Jandarma baş komandanı Yaşar Gürellə görüşüb.

Müdafiə Nazirliyinin mıətbuat xidmətinin məlumatına görə, Z. Həsənov Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrimizin davamlı olduğunu vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə ciddi təhdiddir. Bu problemin tezliklə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həlli vacibdir.

Y. Gürel Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG