Accessibility links

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri görüşəcək


Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları

Oktyabrın 17-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov görüşdə iştirak etmək üçün bazar ertəsi Tbilisiyə gedib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşün gündəliyi açıqlanmır.

Bu, üç ölkənin hərbi idarəsinin rəhbərlərinin ilk görüşü deyil. Əvvəlki görüşlərdə birgə hərbi təlimlərin keçirilməsi və üç ölkə ərazisində infrastruktur obyektlərinin təhlükəsizliyinin təminatı üzrə birgə tədbirlərin həyata keçirilməsi müzakirə olunub.

XS
SM
MD
LG