Accessibility links

Günəş tutulması zamanı böyük kütlə cəlb edən kiçik Missuri şəhəri [Video]


Günəş tutulması zamanı böyük kütlə cəlb edən kiçik Missuri şəhəri
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Günəş tutulması zamanı böyük kütlə cəlb edən kiçik Missuri şəhəri

Amerikada belə bir misal var ki, “ildırım eyni yerə iki dəfə düşmür”. Eyni şey Birləşmiş Ştatlar üzərində yaşanan ay tutulması barədə də söylənə bilər. Bu, bütöv Amerika üçün çox nadir bir hal olsa da, Missuridə yerləşən kiçik Perrivil şəhəri üçün deyil. Şəhər bu nadir hadisəni tədqiq etmək istəyənlər üçün əsas məkandır.

Perrivil Missuridə sakit bir şəhəridir. Burada təxminən 8400 insan yaşayır. Bu şəhər ucqar olsa da, 2017-ci ildə baş verən günəş tutulması zamanı dünyanın mərkəzinə çevrildi.

“Onlar bizim 10-40 min turistə hazırlıq görməyimizi təklif etdilər”, deyə Brent Buerk bildirir.

Brent Buerk Perrivilin şəhər administratorudur. Onun vəzifəsi hər kəsi Perrivilin tam günəş tutulmasının göründüyü nöqtədə yerləşməsinin şəhəri məşhurlaşdıracağına inandırmaqdır.

“Hər kəsi bunun böyük bir hadisə olacağına və bir çox insanın buna görə Perrivillə gələcəyinə inandırmaq bir az zaman aldı”, o deyir.

Perrivilin ən böyük nemətlərindən biri hava limanıdır. Bu böyük hadisədən öncə 2133 metr uzunluğu olan uçuş-enmə zolağına bütün ölkədən minlərlə təyyarə, pilot və sərnişin endi.

Hava liman həmçinin günəş tutulması ilə bağlı eksperimentlər aparan alimlər və astronomlar üçün vacib bir məkan idi. Bu eksperimentlərdən birini də Adler Planetarisinin Far Horizon (Uzaq Üfüq) proqramı aparırıdı.

“Far Horizon kosmosa çox yaxın məsafədəki yerlərin kəşfi proqramıdır. Biz tələbə və könüllülər ilə birlikdə eksperimentlər hazırlayırıq, onları stratostat ilə kosmosun yaxınına göndəririk”, deyə Ken Valçzak bildirir.

Ken Valçzak çox nadir hallarda baş verən bu hadisəni analiz etmək üçün alətlər və kameralarla təchiz edilmiş stratostatları havaya göndərən Adler komandasına nəzarət edir.

Hər kəsi bunun böyük bir hadisə olacağına və bir çox insanın buna görə Perrivillə gələcəyinə inandırmaq bir az zaman aldı.
Brent Buerk

“Biz təxminən 30.500 metr hündürlükdən saatda təxminən 1900 kilometr sürətlə Yer kürəsi ətrafında dönən ayın 100 kilometr genişliyi olan kölgəsinin videosunu çəkəcəyik”, deyə o bildirir.

“Bu fürsətdən istifadə edə bilmək, yəni təkcə günəşin tutulmasının izləmək deyil, həm də stratostatları havaya göndərə bilmək inanılmaz bir təcrübədir”, deyə Adler könüllüsü Annaliz Qoldman bildirir.

Annaliz Qoldman Perrivil Bələdiyyə Hava Limanında uçuş-enmə zolağında olan 1000 insandan biri idi. Onların orada olmalarının səbəbləri müxtəlif olsa da, ayın günəşin önünə keçdiyi an hər kəs üçün zəhmli və ruhlandırıcı bir an idi.

“Mən nəyin baş verəcəyini anlamırdım. Amma indi ki, bu hadisəni izlədim, bəzi insanların nə üçün həyatlarını günəşin tutulmasını izləməyə həsr etdiklərini tamamilə anlayıram”, deyə Adler Palanetarisinin komanda proqramları üzrə meneceri Kris Breski bildirir.

Kris Berski və bütün Adler komandası hələ də günəş tutulmasını izləyir. Onlar eksperimetlərindən əldə etdikləri məlumatları və videoları təhlil etməyə başlayıb.

Günəş tutulması
Günəş tutulması

Perrivil də günəş tutlmasını yaxından izləyir, amma təkcə bu il baş verən günəş tutulmasını deyil. Bəziləri bunu iqtisadi baxımdan fürsət olaraq görsə də, Perrivil hava limanı və digər yerlərdə günəş tutulmasının izləməyə gələn insanlardan pul toplamadı. Buerk isə ümid edir ki, insanlar bunu yadda saxlayacaq.

“Bu, bizim üçün onların şəhərə gəlmələrini təmin etmək şansı idi, amma onlar növbəti dəfə də gəlmək istəyəcək. Bu da bizim yanaşmamız idi və biz yanaşmamızın doğru olduğunu düşünürük”, deyə Buerk bildirir.

Perrivil növbəti günəş tutulmasını çox gözləməyəcək. Şəhər yenidən 2024-cü ildə Birləşmiş Ştatalr üzərində baş verəcək günəş tutlmasının episentrində olacaq. Bu isə burada yaşayan və təkrar bura gəlməyi planlaşdıran insanlara təbiətin bu gözəl möcüzəsinə yenidən şahid olmağa imkan verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG