Accessibility links

Gürcüstan NATO-ya üzv olmaq üçün daha da çox islahatlar aparmalıdır


Gürcüstan NATO-ya üzv olmaq üçün daha da çox islahatlar aparmalıdır
Gürcüstan NATO-ya üzv olmaq üçün daha da çox islahatlar aparmalıdır

NATO Baş Katibi Anders Foq Rasmussen deyib ki, Gürcüstan xeyli irəliləyiş əldə edib, amma alyansa qəbul olmaq üçün daha da çox islahatlar aparmalıdır. O, dünən paytaxt Tbilisidə Gürcüstan baş naziri Nika Gilauri və başqa rəsmilərlə görüşdükdən sonra çıxış edib. Rasmussen qarşıdan gələn seçkilərin Gürcüstanda demokratik islahatları imtahan edən məqam olacağını və bir sıra sahələrdə işlərin görülməli olduğunu bildirib. NATO ölkədə qanunlara riayəti gücləndirməklə yanaşı Tbilisini azad və ədalətli seçkilərin keçirilməsi üçün səy göstərməyə çağırıb.

XS
SM
MD
LG