Accessibility links

Gürcüstanda hoteldə baş verən yanğın zamanı 11 nəfər həlak olub


Gürcüstanın Qara Dəniz kurortu Batumi şəhərində lüks hoteldə baş verən yanğın zamanı 11 nəfərin həlak olduğu, 21 nəfəsin isə xəsarət aldğı bildirilir.

Rusiyanın TASS informasiya agentliyinin Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Leogrand hotel və kazinosunda baş verən yanğın cümə günü axşam saatlarında, Gürcüstan gözəllik yarışmasının iştirakçılarının şam etdiyi zaman başlayıb.

Gözəllik yarışmasının 20 iştirakçısının hər biri təxliyə nərdivanından istifadə edərək, yanğından qaça biliblər. Ən azı daha 100 qonaq və hotel əməkdaşı da binadan çıxmağa müvəffəq olub.

Nazirliyin verdiyi məlumata görə, yanğın zamanı 11 nəfər həlak olub və 21 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında bir İzrail və on iki Türkiyə vətəndaşı var.

Yanğının səbəbi haqqında məlumat yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG