Accessibility links

Gürcüstan Müdafiə nazirinin müavini Azərbaycana gəlir


Azərbaycan və Gürcüstan bayraqları
Azərbaycan və Gürcüstan bayraqları

Səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyində görüşlər keçiriləcək

Martın 28-də Gürcüstan Müdafiə nazirinin müavini Mixeil Darçiaşvili Azərbaycana işçi səfərə gələcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyində görüşlər keçiriləcək.

M.Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanış olacaq.

Gürcüstan Müdafiə nazirinin müavinin səfəri martın 29-dək davam edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG