İran hüquq müdafiə qrupları məhkəmənin İranın Qonadabi dərviş azlıqlarından olan dörd qadına Tehranda hökümət əleyhinə etirazda iştirak etdikləri üçün hər birinə beş il həbs cəzası verib.
Nyu-York-da mənzillənən İran İnsan Hüquqları Mərkəzi (CHRI) adlı lobbiçilik qrupu bildirib ki, həbs olunan dörd qadından birinin yoldaşının verdiyi məlumata görə, Tehranda yerləşən inqilab məhkəməsi onların hökmlərinin çərşənbə axşamı verib. Mərkəz qadınların adlarını açıqlayıb, bunlar Nazilə Nuri, Avişa Cəlaləddin və Şima və Sima Entesari bacılarıdırlar.
Onların "milli təhlükəsizliyə hədə" ittihamı ilə məhkum edildiyi bildirilir.
Tehranda hökümət əleyhinə etirazda iştirak edən dörd qadının hər birinə beş il həbs cəzası verildi.
İranın Qonadabi dərviş cəmiyyətinin insan haqları vəziyyətini əhatə edən əsas xəbər mənbəyi olan Majzuban Nur sosial media kanallarında dörd qadınla bağlı beş illik həbsi təsdiqləyib.
CHRI Şima Entesarinin həyat yoldaşı Mahyar Şalçının sözlərinə əsaslanaraq bildirb ki, qadınlar həbs müddətinin ədalətsiz olduğuna etiraz edərək, bunun apellyasiya məhkəməsi vasitəsilə ləğv eediləcəyinə ümid edirlər. Lakin apellyasiyanın nə vaxt ediləcəyi hələ bəlli deyil. İranın dövləti mətbuatında hökmlər barədə heç bir məlumat yoxdur.
19-20 fevral tarixlərində on bir dərviş qadından dördü Tehran şəhərində hökümət əleyhinə etiraz aksiyası zamanı İran höküməti tərəfindən saxlanılıb. Polis və Dərvişlər arasında toqquşmalar müşahidə olunub. Bu toqquşmalar beş təhlükəsizlik işçisinin öldürülməsi, 300-dən çox adamın həbsi ilə nəticələnib. Saxlanılan dərviş qadınlarından ikisi iyulun 3-dən etibarən sərbəst buraxıləb, digər 5 qadın isə öz hökmlərini gözləyir.
Dərviş nümayişçiləri onların cəmiyyətinin həbs olunmuş üzvlərini azad etməyi və onların 90 yaşlı lideri Nur Əli Tabandenin evinin ətrafında təhlükəsizlik nəzarəti məntəqələrinin qaldırılmasını tələb edir.
ABŞ-da fəaliyyət göstərən İran dərviş hüquqları müdafiəçisi Həmid Qaragözlünün Amerikanın Səsinin fars xidmətinə verdiyi məlumata görə, "Tabandeh" beş aydan çox müddətə ev dustaqlığında olub və İranın dərviş icması ilə əlaqəsi kəsilib.
"Ev həbsindən öncə hüquqşünaslar və həkimlər həftədə bir dəfə Tabandehlə məsləhətləşmələr üçün görüşürdü, Dərvişlər özləri həftədə beş gün onun müdrikliyi ilə zənginləşirdilər", Londonda yerləşən İnsan Hüquqlarını Müdafiə Təşkilatının üzvü Qaragözlü bildirib.
"İran hakimiyyətinə müraciətimiz Tabandehə öz davamçıları ilə heç olmasa həftədə bir və ya iki dəfə veb vasitəsilə olsa belə danışmağa icazə verməsidir" dedi. "Həmçinin biz beynəlxalq təşkilatdan onun sağlamlığını yoxlamaq və sağlamlıq vəziyyətinin yaxşı olmasını təmin etmək üçün onun ziyarət edilməsinə icazə verilməsini xahiş edirik".
Ötən ay Amerikanın Səsinin fars xidməti ilə telefon müsahibəsi zamanı həbs olunmuş dərviş qadınlarından biriSepideh Moradinin anası, Tehranın cənub Qarçak həbsxanasında qızı da daxil olmaqla, həbsxanada olan digər qadınlarda dəfələrlə döyüldüyünü söyləyib. Ana Sadiqə Xəlili həbsxana ziyarəti zamanı onunla danışan təhlükəsizlik işçilərindən döyülmələr haqqında məlumat aldığını bildirib.
O, qızını görməyə çalışsa da, ona icazə verilmədiyini deyib.
İran keçən ay etirazlar zamanı İran təhlükəsizlik işçilərindən üçünü üstlərinə avtobus sürərək öldürən Ddərvişi edam edib. Avtobus sürücüsü Məhəmməd Salas mart ayında bitən məhkəmə prosesində cinayəti etiraf edib, lakin hüquq müdafiəçiləri bu etirafı onun işgəncələrə məruz qalaraq verdiyini söyləyir.
Sufilər kimi tanınan dərvişlər uzun müddətdir İranın şiə islamçı liderləri tərəfindən təzyiqlərə məruz qalır.