Accessibility links

Həcc ziyarətində zəvvarlar Ərafat Dağının ətrafına dolanaraq dua edir


Bu gün Səudiyyə Ərəbistanına illik Həcc ziyarətinə toplaşan dünyanın iki milyona qədər müsəlman zəvvarı dualarını və tövbələrini Ərafat Dağının ətrafına çiyin-çiyinə dolanaraq edir.

1400 il əvvəl bugünkü gün Məhəmməd Peyğəmbərin Ərafat Dağının ətrafında Həcc ziyarəti zamanı verdiyi yekun xütbəsində bütün müsəlmanları bərabərliyə və birliyə çağırdığı deyilir.

Məkkədən 20 km şərqdə yerləşən Ərafat Dağının ətrafında dua edən müsəlman dindarlar keçmiş günahlarının silinərək, yeni həyata başlayacaqlarına inanır.

Həcc İslam dinində beş əsas şərtlərdən biridir və dinə görə imkanı olan hər bir müsəlman həyatında heç olmasa bir dəfə Həcc ziyarətini yerinə yetirməlidir.

Səudiyyə Ərəbistanının Həcc və Ümra Nazirliyi zəvvarlara bundan əvvəlki illərdə olduğu kimi ölümlə nəticələnən basırığı nəzərə alaraq, öz təhlükəziliklərini düşünmələrini tövsiyə edib.

XS
SM
MD
LG