Accessibility links

Hacıqabulda silahlı insident zamanı 5 nəfər ölüb (Yenilənib) [Video]


Hadisənin səbəbləri barədə hələ məlumat verilmir

İyulun 31-i Hacıqabul rayonunda (Bakıdan 115 kilometr cənub-qərb) törədilən qətllərlə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 5 maddəsi üzrə cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun Daxili İşlər Nazirliyi ilə birgə məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, cinayət hadisəsi ilə bağlı məlumat hüquq mühafizə qurumlarına iyulun 31-də saat 06 radələrində daxil olub. Həmin məlumatda Hacıqabul şəhər sakinləri Nazim, Gülbadam, Bibilə və Namiq Qəmbərovların yaşadıqları evdə odlu silahla qətlə yetirildiyi bildirilib. Ailənin digər üzvü Məmməd Qəmbərovun ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi, Mübariz Mehtiyev adlı şəxsin isə odlu silahdan atəş açaraq intihar etdiyi açıqlanıb.

Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi açılıb.

Bundan başqa, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə də ittiham irəli sürülüb.

Birgə məlumatda vurğulanır ki, ilkin araşdırmaya görə, əvvəllər məhkum olunmuş M.Mehtiyev şəxsi münasibətlər zəminində M.Qəmbərovdan qisas almaq niyyəti ilə onun yaşadığı evə gəlib. Onun qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etdiyi, ailə üzvlərini öldürdüyü deyilir. Sonra isə özünə atəş açaraq intihar etdiyi iddia olunur.

Hazırda hüquq mühafizə orqanları hadisə yerində istintaq hərəkətləri aparır.

İlkin qeyri-rəsmi məlumatlara görə, basqınçının ailə üzvləri ilə mərhumlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib.

Ailə üzvlərindən biri yaralı vəziyyətdə Hacıqabul Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Ancaq hələlik hadisənin hansı səbəbdən baş verildiyi barədə rəsmi məlumat açıqlanmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG