Accessibility links

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb


Noyabrın 16-da Bakıda «Sədərək» Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Mərkəzdəki satıcıların dediyinə görə, yanğın bazarın anbarında baş verib.

Rəsmi olaraq isə yanğının hansı səbəbdən baş verildiyi açıqlanmır.

XS
SM
MD
LG