Accessibility links

Haitidə yanğın törədilib


Haitinin paytaxtı Port-au-Prens şəhərinin Petionvil rayonundakı mərkəzi bazarda güclü yanğın baş verib.

Yanğının baş verməsinin səbəbi aydın deyil. Yanğın uzun müddət təxirə salınmış prezident seçkilərində səsvermə məntəqələri bağlandıqdan bir neçə saat sonra baş verib.

Bazar günü keçirilən seçkilər 2015-ci ilin oktyabrında saxtakarlıqlarla əlaqədar iddialarla bağlı ləğv edilən seçkilərin təkrarı olub. Seçki bülletenində 27 namizədin adı olub. Səsvermənin pozuntularla müşayiət olunduğuna dair bir neçə insident qeydə alınıb.

Haitinin seçki şurasının sədri mətbuat konfransında namizədlərə rəsmi nəticələri qəbul etmək və vaxtından əvvəl elanlar etməmək barədə xəbərdarlıq edib.

“Müharibə başa çatmayıb. Biz ilk mərhələdən keçmişik. İkinci mərhələ isə nəticələr və ölkənin irəliləyə bilməsi üçün bu nəticələrin demokratik qaydada qəbul edilməsidir” – deyə Leopold Berlanqer bildirib.

Seçki şurası 2015-ci ildə 54 namizəd arasında yerli sahibkar və hakimiyyətdə olan partiyanın nümayəndəsi Covenel Moisin birinci yerdə, biznesmen Cude Selestinin iisə kinci yerdə olduğunu elan etmişdi.

Hər iki namizədin növbəti mərhələyə keçəcəyi gözlənilirdi. Lakin Selestin pozuntuların baş verdiyini iddia edərək, seçkilərdə iştirakını dayandıracağı ilə hədələmişdi.

Müxalifətçi namizədlər və onların tərəfdarlarının bir neçə ay keçirdiyi nümayişlərdən sonra hökumət məsələni araşdırmaq üçün komissiya təşkil etdi və yeni seçkilərin keçirilməsinə çağırdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG