Milyonlarla müsəlman illik Həcc ziyarətinə başlayıb. Bir neçə Afrika ölkəsi Ebola virusunun yayılmasına görə ziyarətə qatılmayıb. Belə ki, Səudiyyə Ərəbsitanı o ölkələrdən səfərlərə qadağa tətbiq edib.
Riyad Gvineya, Liberiya və Syerra Leonedən gələn 7000 viza tələbini rədd edib. Qadağa o ölkələrə səfər edənlərə də şamil edilir.
Bu 3 Afrika ölkəsində 13.2 milyon müsəlman yaşayır.
Səudiyyə Ərəbistanı 2012-ci ildə Ebola virusunun yayıldığı Demokratik Konqo Respublikasından da səfərləri yasaqlamışdı.
Tənəffüs xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədi ilə yaşlı, uşaq və xroniki xəstəlikləri olanlara xəbərdarlıq verilib.
Təxminlərə görə, bu gün 5 günlük Həcc ziyarəti üçün Məkkəyə 2 milyona yaxın insan səfər edib.
Ziyarət gələn həftə başa çatmalıdır.