Accessibility links

Fransa məhkəməsi Kosovonun keçmiş baş nazirinin ekstradisiyası ilə bağlı müraciəti rədd edib


Fransa məhkəməsi Kosovonun baş naziri Ramuş Haradinaca qarşı müharibə cinayətləri ittihamları irəli sürə bilmək üçün Serbiyanın onun ekstradisiya edilməsinə dair tələbini rədd edib.

Kolmardakı məhkəmə Haradinacı cümə axşamı çıxarılan hökmdən sonra sərbəst buraxıb.

Fransa polisi Haradinacı yanvar ayının əvvəlində Serbiyanın həbs orderinə əsasən saxlamışdı. Bu, Serbiya və Kosovo arasında gərginliyə səbəb olmuşdu.

Serbiya dövlət oraqanları ona qarşı 1998-1999-cu illərdə Kosovoda baş verən müharibədə etdiyi cinayətlərə görə ititham irəli sürmək istəyir.

Məhkəmə qərarından sonra müxbirlərin suallarını cavabladıran Haradinac bu prosesin ona çox dəyərli vaxt bahasına başa gəldiyini deyib.

Haaqada yerləşən beynəlxalq müharibə cinayətləri tribunalında Haradinaca qarşı onun Kosovo Qurtuluş Ordusunun komandiri olduğu dövrə aid qətl, vəhşi rəftar və işgəncə ittihamlarına görə iki dəfə məhkəmə işi açlıb. O, bütün ittimlardan bəraət qazanıb.

Kosovo Qərbin dəstəyi ilə 2008-ci ildə müstəqilliyini elan edib. Serbiya isə Kosovonun müstəqilliyini tanımır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG