Accessibility links

Turist gəmilərində rəqs edən güneyli sənətçi [Audio-Müsahibə]


İstanbul boğazında gəmi gəzintisinə çıxan iranlı turistlər İranda gerçəkləşməsinə icazə verilməyən bir çox əyləncə və incəsənət proqramı eləcə də, musiqi konsertlərini bu gəmilərdə izləyirlər. Həmin gəmilərdə sənətini nümayiş etdirən sənətçilərin biri Haray Sulduzludur.

please wait

No media source currently available

0:00 0:17:12 0:00

Güneyli musiqi sənətçisi və rəqqas Amerikanın Səsinə söhbətdə tur gəmilərində rəqs ifası ilə bir çox turist xüsusilə İran Azərbaycanı və Tehrandan gələn türklərin geniş rəğbətini qazandığını deyir.

Urmiyədən təxminən dörd il öncə Türkiyəyə köçən Sulduzlu İstanbulda sənət fəaliyyətindən əlavə fizioterapiya sahəsində təhsilini bitirməyi də bacarıb.

O, boğaz turlarında mövsümünə görə bəzən hər gecə bəzən də həftədə üç gecə sənətini İrandan gələn yüzlər turistə nümayiş etdirdiyini deyir:

“Hər axşam təqribən 300 müsafirimiz olur. Bu fəsildə hər həftə üç axşam çıxırıq, amma başqa zamanlar, bayramda, ya yayda hər axşam çıxırıq. Müsafirlərin baxırsan 80 ya 70 faizi farsca danışırlar, amma iş işə gələndə görürsən ki, əksərən bizim kültürü tanıyırlar və türkdürlər. Tehran ya başqa şəhərlərdən gəlirlər. Azərbaycanın folk rəqsini görəndə bir başqa təsir alırlar. Ondan sonra atmosfer dəyişir, baxırsan artıq Azərbaycan rəqsi istəyirlər. Hamısı bacarmasa da, əllərini açıb artıq Azərbaycan rəqsinə yaxın bir şəkildə oynamaq istəyirlər.”

Müsafirlərin baxırsan 80 ya 70 faizi farsca danışırlar ama iş işə gələndə görürsən ki əksərən bizim kültürü tanıyırlar və türkdürlər. Tehran ya başqa şəhərlərdən gəlirlər. Azərbaycanın folk dansını görəndə bir başqa təsir alırlar.
Haray Sulduzlu

Sulduzlu boğazdakı tur gəmilərində bu növ proqramların getdikcə artdığını bildirir.

Haray Sulduzlu hesab edir ki, İran Azərbaycanı ya Azərbaycan Respublikasından Türkiyə və digər ölkələrə mühacirət edən sənətçilər mediadan düzgün dəstək ala bilmədikləri üçün özlərini tanıtdıra bilmirlər.

“Amerikadan fars müğənnilər, Los-Anceles müğənniləri də gəlir konsert üçün. Onların güclü mediası var, 24 saat reklam olunurlar. Mənim heç adım sanım yoxdur, amma baxırsan izləyicilər onlarla istədiyi kimi mənimlə də şəkil çəkmək istəyirlər... xaricdə fəaliyyət etmək üçün arxanda güclü media olmalıdır... Nə Quzey Azərbaycandan olanlar, nə də bizim üçün belə media yoxdur. Bizim gözəl sənətçilərimiz var, amma mediamız yoxdur ki, tanıtdırsın,” deyə o dilə gətirir.

Sənətçi həmçinin güneydə olduğu illərdə incəsənət sahəsində fəaliyyətin çətinlikləri və həyəcanlarından söz açaraq həmin illər Urmiyə, Tikantəpə və Tehran kimi şəhərlərdə icazəsiz şəkildə təşkil etdiyi rəqs kurslarından danışır.

“16-17 yaşımda Sulduzdan Urmiyəyə köçdük. Urmiyədə öyrəndim musiqi və rəqsi. Təbrizdəki ustadların yanında... Bakıdan, Naxçıvandan gələn musiqiçilər, dansçılar olurdu, onlardan öyrəndim. Bir də arada bir imkanım olanda Bakıya gedirdim, orada da öyrənirdim,” deyə o qeyd edir.

XS
SM
MD
LG