Accessibility links

Harvard Universitetinə 350 milyon dollarlıq maliyyə hədiyyə edilib


Dünyanın ən nüfuzlu universitetlərrindən biri hesab edilən ABŞ-ın Harvard Universitetinə tarixdə görünməyən ianə verilib. Belə ki, bu gün universitetin ictimai səhiyyə məktəbinə 350 milyon dollar hədiyyə edilib.

Hədiyyə Honq Konqda yerləşənən inşaat şirkəti Hanq Lunq Qrupun təsisçiləri Cerald və Ronni Çanın ailə fondundan daxil olub.

Harvard bildirib ki, yatırılan ianə vəsaiti ebola, malyariya, xərçəng və başqa xəstəliklərin qarşının alınması üçün fəaliyyət göstərən fakultə və tələbələrə eləcə də müharibə, yoxsulluq və okeloji problemlərin səbəb olduğu beynəlxalq səhiyyə təhlükələri ilə mübarizəyə ayrılacaq.

Cerald Çan 1970-ci illərdə Harvard Universitetinin ictimai səhiyyə məktəbindən iki dərəcə ələd edib. O, bu yaxınlarda Massaçusets ştatının Boston şəhərində universitet yaxınığında 100 milyon dollar dəyərində daşınmaz əmlak alıb.

Hədiyyənin bir hissəsi kimi Harvard daşınma əmlak inşaatçısı olan və 1986-cı ildə vəfat etmiş Çanların atasının xatirəsinə ictimai səhiyyə məktəbinə T.H. Çan adlı verilə bilər.

Xatırladaq ki, 1636-cı ildə təsis edilən Hardavd Universiteti 32 milyardlıq büdcə ilə dünyanın ən zəngin universitetidir.

XS
SM
MD
LG