Accessibility links

Hava şəraiti ilə bağlı 1700 nəfər təxliyyə edilib


Neft Daşları
Neft Daşları

Yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı SOCAR üzrə təhlükəsizlik tədbirləri çərçivəsində dənizdə işləyən 1700-dən çox neftçi sahilə gəririlib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Məlumata görə açıq hava şəraitində işlər maksimum dərəcədə dayandırılır, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, mövcud vəziyyət daimi nəzarət altındadır.

Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlət Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xəbərdarlıqda qeyd edilir ki, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozlaşdırılır.

Nazirlik vurğulayır ki, şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənir. Ötən günlə müqayisədə havanın temperaturu 10 dərəcə aşağı enəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG