Accessibility links

Ekstremal hava şəraitinin tezliyi və intensivliyi alimləri təəccübləndirir


ABŞ-ın qərb sahilindən Kanadaya, Rusiyada Sibirdən Avropanın Reynlandına qədər son aylar anormal dərəcədə yüksək temperatur, meşə yanğınları və yüzlərlə insanın həyatını itirən ölümcül daşqınlar kimi bir sıra ekstremal hava şəraiti yaşanıb.

Kanadada beş gün ərzində azı 486 gözlənilməz ölüm qeydə alınıb. Onların əksəriyyəti havalandırılmamış evlərdə yaşayan və istiliyə məruz qalan yaşlı insanlardır. Gələn beş günlük müddətdə 165 gözlənilməz ölüm gözlənilir.

Alimlər ekstremal havanı iqlim dəyişikliyi ilə əlaqələndirir və son bir sıra araşdırmalar bu kimi halların daha çox olacağı barədə xəbərdarlıq edir.

İqlimşünaslar dünyada yaşananların "qəribə hava" adlandırmağın səhv olduğunu, əksinə artan karbon emissiyalarının qlobal istiləşməyə, daşqınlar, istilik və fırtınalar, quraqlıq şəklində həddindən artıq hava şəraitinə səbəb olacağını deyir.

Bu, yeni hava normasıdır.

Alman iqlimşünas Dieter Gerten National Geographic-ə verdiyi açıqlamada “həddindən artıq halların” artmasının “iqlim modeli proqnozlarında gördüyümüz bir şey” olduğunu deyib. Ancaq vətəni Oberkailin də təsirinə məruz qaldığı Almaniyadakı daşqının miqyasından hələ də şok keçirdiyini bildirib.

Potsdam İqlim Təsiri Araşdırmaları İnstitutunun qlobal dəyişiklik klimatologiyası və hidrologiya üzrə professoru Gerten vəziyyətin əvvəlki rekorddan nə qədər yüksək olduğuna təəccübləndiyini də əlavə edib.

Kompüter modelləri qeydləri də dünyanın daha çox yerində hava şəraitinin pozulacağını göstərir.

Almaniyanın Leypsiq Universitetinin meteoroloqu Cohannes Quaas bu həftə brifinqlərdə yerli jurnalistlərə "Bu, yeni normadır" deyib.

Elm adamları ekstremal hava şəraitinin nə qədərinin iqlim dəyişikliyinə aid edilə biləcəyini qiymətləndirərkən, sürətli atributlaşdırma işləri deyilən qlobal istiləşmənin əsas səbəbkarı olduğunu göstərir.

Belə tədqiqatlar real vaxt məlumatlarını karbon emissiyalarının olmamasını simulyasiya edən modellərlə müqayisə edir.

Oxford Universitetindən Friederike Otto tərəfindən aparılan son sürətli atributlaşdırma tədqiqatı ABŞ və Kanadanın Sakit okeanı hövzəsinin şimal-qərbindəki ölümcül istilik dalğasının “insan tərəfindən törədilən iqlim dəyişikliyi olmadan praktiki olaraq mümkünsüz olduğunu” irəli sürüb.

"Nəticələr güclü bir xəbərdarlıqdır: sürətlə istiləşən iqlim bizə sağlamlıq, rifah və dolanışığımızda əhəmiyyətli nəticələrə səbəb olan xəritəsiz ərazi yaradır. İnsan həyatındakı xərclər bir yana, hədsiz anomal hava şəraiti ciddi maliyyə xərclərinə sahib olacaq" - deyə araşdırmada bildirilir.

Avropa İttifaqının elm və məlumat xidməti olan Birgə Tədqiqat Mərkəzinə görə, 2100-cü ilədək tullantılar əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasa və daşqınlara və istilərə hazırlaşmaq üçün çox az işlər görülsə, Avropada daşqın ziyanı hər il 60 milyard dollara başa gələ bilər.

Alimlər dayanıqlılığı artırmaq üçün daha çox iş görülməli olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG