Pekində günorta vaxtıdır.
Bura isə Yeni Dehlidir. Bacalardan və avtomobillərdən çıxan tüstü dünyada havanın çirklənməsinə səbəb olur. Tədqiqatlar göstərir ki, havanın çirklənməsi ölüm hallarına səbəb olur.
Patrik Breysi: “Biz havanın keyfiyyətinin nə zaman pis olduğunu bilirik. Xəstəxanalarda astma və ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin sayı çoxalır. Biz bilirik ki, havanın çirklənməsi zaman ölüm halları artır.”
Stanford Universitetinin tədqiqatçıları karbon dioksid nəticəsində temperaturun bir dərəcə selsi artmasının Birləşmiş Ştatlarda ildə 1000 insanın ölümünə səbəb ola biləcəyini deyir. Dünya boyu isə temperaturun hər bir dərəcə selsi artması 20 min ölüm halı deməkdir.
Uşaqlar, yaşlılar və həmin şəhərlərdə yaşayanlar daha çox təhlükə altındadır. Nəqliyyatın vasitələrinin azaldilması havanın keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.
Patrik Briysi: “Biz insanları velosiped sürməyə, avtomobili paylaşmağa, ictimai nəqliyyatdan istifadə etməyə təşviq edə bilərik. Bu həmçinin insanların sağlamlığına yaxşı təsir göstərər.”
Çirklənmiş sular da ölüm hallarına yol açır. Ümumdünya Səhiyyə Təşkilatıının qlobal təxminləri göstərir ki, qida vasitəsilə zəhərlənən hər üç uşaqdan biri ölür. Bu isə hər il təqribən yarım miliyon ölüm halı deməkdir. Çirkli su bu səbəblərdən biridir.
Patrik Briysi: “Biz çirklənməyə nəyin səbəb olduğunu başa düşməliyik. Su içmək, yemək bişirmək və yuyunmaq üçün bu sudan istifadənin nə ilə nəticələnə biləcəyini anlamalıyıq və təhlükəni azaltmaq üçün icmalarla birgə fəaliyyət göstərməliyik.”
Briysi deyir ki, iqlim dəyişikliyi güclü tufanlara səbəb ola bilər. Bu tufanlar isə daşqınlara və beləliklə toksinlərin sulara qarışıb onu çirkləndirməsinə səbəb ola bilər. BMT-yə əsasən, iqlim dəyişikliyi su shtiyalarına təsir edərək, insanlar, kənd təsərrüfatı və ətraf-mühit üçün əlavə problemlər yaradır.