Accessibility links

Leyn qasırğası Havay adalarını vurur


Leyn qasırğası artıq 3-cü kateqoriyadadır. Leynin gücü bir az azalsa da, qasırğa çümə axşamı gecə saatlarında Havay adalarını güclü küləklər və yağışlarla vurub.

Milli Hava Xidməti Mərkəzi Leyn qasırğasının adaları birbaşa hədəf almayacağını bildirsə də, bu gün yağan leysan yağışlar səbəbindən adalardakı əsas küçələri su basıb.

Rəsmilər sakinlərə narahat olmamağı tövsiyə edib.

Hava şəraiti səbəbindən bəzi hava yolları şirkətləri uçuşları təxirə salınıb.

Prezident Donald Tramp cümə axşamı ştatda fövqəladə vəziyyət elan edib və ştat və yerli hökumətlərə federal yardım barədə göstəriş verib.

Digər regionlarla müqayisədə Sakit Okeanın mərkəzində qasırğalar ildə 4 və ya 5 olmaqla, daha az nəzərə çarpır. Belə ki, Havay adaları qasırğanın təsirinə nadir hallarda məruz qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG