Accessibility links

Heç bir Rohinca qaçqını Myanmaya repatriasiya təşəbbüsünə qoşulmayıb


Rohinca qaçqınlarını Myanmaya geri götürmək təşəbbüsü cümə axşamı iflasa uğrayıb. Belə ki, Banqladeşin təşkil etdiyi beş avtobus və 10 yük maşınına heç kəs minməyib.

“Biz səhər 9-dan bəri könüllü olaraq geri dönmək istəyən qaçqınları gözləyirik. Hələ ki, heç kəs gəlməyib”, Banqladeşin Teknaf qaçqın düşərgəsindən məsul rəsmisi Xalid Hüseyin AFP xəbər agentliyinə bildirib.

Rohinca qaçqınları yardım almaq üçün növbədə gözləyir.
Rohinca qaçqınları yardım almaq üçün növbədə gözləyir.

Təxminən 1 milyon Rohinca qaçqını

Uzun zamandır təqib olunan əksəriyyəti müsəlmanlardan ibarət 740 minə yaxın Rohinca azlığı 2017-ci ildə Myanmanın Rakxayn ştatında aparılan hərbi hücumdan qaçaraq, Banqladeşdəki 200 min qaçqına qoşulub. Birləşmiş Millətlər Təşkilatı bu hücumu etnik təmizləmə adlandırıb.

Yalnız çox az sayda qaçqın buddislərin çoxluq təşkil etdiyi Myanmadan təhlükəsizliyinin təmin olunacağına və onlara vətəndaşlıq veriləcəyinə dair zəmanət tələb eədərək Banqladeşin cənub-şərqində iki ildir yaşadıqları düşərgələrdən geri dönüb.

Daha öncə noyabr ayında baş tutan repatriasiya cəhdi də iflasa uğrayıb. Bu dəfəki repatriasiya cəhdi isə ötən ay xarici işlər naziri Myint Tunun başçılığı ilə Myanmanın yüksək vəzifəli rəsmilərinin düşərgələrə ziyarətindən sonraya təsadüf edib.

Banqladeşin xarici işlər naziri Myanmaya 22 mindən çox qaçqının adının olduğu siyahını göndərib, rəsmi Naypyidav isə onlardan 3450-nin geri dönməsinə icazə verib.

Rohinca qaçqını yardım daşıyır.
Rohinca qaçqını yardım daşıyır.

Təhlükəsizlik və vətəndaşlıq

Lakin siyahıda adı olan bir neçə Rohinca qaçqını çərşənbə günü AFP-yə bildirib ki, onlar təhlükəsizlikləri təmin olunmayana və onlara vətəndaşlıq verilməyənədək geri dönmək istəmir.

“Myanmaya geri dönmək təhlükəlidir”,Nur İslam AFP-yə deyib.

BMT və Banqladeşin qaçqın komissiyasının rəsmiləri düşərgələrdəki Rohinca ailələri ilə danışıb, onların geri dönmək istəyib-istəmədiklərini öyrənib.

“Biz hələ ki, heç bir ailədən buna razılıq almamışıq”, BMT rəsmisi bildirib.

Rohinca icmasının lideri Cəfər Alam AFP-yə söyləyib ki,rəsmilər yeni repatriasiya prosesinin başladığını elan edəndən bəri qaçqınları qorxu bürüyüb.

Onlar həmçinin Myanmaya geri dönsələr didərgin düşən insanlar üçün nəzərdə tutulan düşərgələrə göndəriləcəklərindən qorxur.

Banqladeş düşərgəsində Rohinca qaçqınları
Banqladeş düşərgəsində Rohinca qaçqınları

İkinci ildönüm

Banqladeşin qaçqınlar üzrə rəsmi təmsilçisi Məhəmməd Abul Kalam deyib ki, onlar repatriasiyaya “tam hazırdır” və qaçqın düşərgələrində hər hansı zorakılıq və ya etirazların qarşısının alınması üçün təhlükəsizlik tədbirləri sərtləşdirilib.

Bazar günü Rohincaların Banqladeşdə düşərgələrə kütləvi axınına səbəb olan təqiblərin başlamasından iki il ötür.

Myanma höküməti Rohincaları rəsmi azlıq kimi tanımır və onları Benqaliyadan köçən qaçqın hesab edir, baxmayaraq ki, bir çox ailə nəsillər boyu Rakxaynda yaşayıb.

XS
SM
MD
LG