Accessibility links

Beyin xərçənginin yeni müalicəsi - Elektrodlu papaq [Video]


Beyin xərçənginin yeni müalicəsi - Elektrodlu papaq
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Hesablamalara görə hər il Birləşmiş Ştatlarda təxminən 78,000, dünya boyu isə 400,000-ə qədər insana beyin xərçəngi diaqnozu qoyulur. Əslində bu, çox ağır xərçəngdir və bu xərçəngin müalicəsi nadir hallarda mümkündür. Lakin yeni müalicə xəstələrin uzun müddət yaşamalarına və daha normal həyat sürmələrinə yardım edir.

Coys Endresenin başına yerləşdirilən bu "papaq" elektrodlarla doludur. “İnsanlar məndən bunun nə olduğunu soruşur. Uşaqlar isə soruşanda mən onlara bunun super qəhrəman papağı olduğunu deyirəm” deyə, Coys bildirir.

Əgər o, super qəhrəmandırsa, onun düşməni beyindəki xərçəngdir. Endresenə xərçəng diaqnozu 2014-cü ildə qoyulub. “Bu xəbər məni dəhşətə gətirdi. Mən və həyat yoldaşım bir neçə ay narahat yaşadıq. Mən çox ağladım.”

O, əməliyyat olunub, kimya və radiasiya terapiyasından keçib, lakin ona yeni, elekrodlu "papaq" kömək edir. Elektromaqnit sahələr xərçəng hüceyrələrini öldürərək, onların çoxalmasına imkan vermir. Şimal-Qərb Universitetindən doktor Rocer Stap: “Biz təzə başlayanda, hər yeni ixtirada olduğu kimi, bu da elmi fantastika kimi qəbul edilirdi. Fikrimcə bu, xərçəngin müalicəsində böyük nailiyyətlər əldə edilməsinə işarədir.”

Bu terapiya üzərində işləyən tədqiqatçıların dediyinə görə, bu elektrodlu "papaq" xərçəngi tam müalicə etməsə də, həyatı uzadır. “Beləliklə, beyin xərçəngi olan xəstələrin ömrü 16 aydan 21 aya qədər uzanır. Ən əsası isə ömür iki, üç, dörd, beş ilə qədər uzana bilər” deyə, Doktor Stap bildirir.

Coys Endresen bu elektrodlu "papağı" ömrünün axırınadək gəzdirəcək. Hələlik isə onnun başının son təsvirləri yeni xərçəng hüceyrələrinin olmadığını göstərir. “Mən başımdakına görə utanmıram və kiminsə mənim xərçəng olduğumu bilməsi vecimə deyil. Əlksinə, düşünürəm ki, insanlar sənin necə mübarizə apardığını görməlidır.”

Ərzaq və Dərman Administrasiyası xərçəng hüceyrələrinin inkişafının qarşısını alan bu terapiya növünü 2012-ci ildə təsdiq edib.

XS
SM
MD
LG