Accessibility links

Qaçış üzrə dünya rekordu qazanan 102 yaşlı qadının tövsiyələri [Video]


Qaçış üzrə dünya rekordu qazanan 102 yaşlı qadının tövsiyələri
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Cəmi 6 il əvvəl qaçış üzrə dünya rekordu qazanan 102 yaşlı nyu-yorklu qadın həyatındakı çətinliklər və nailiyyətləri barədə memuar yazıb. İda Kellinqin yeni kitabının adı “Can't Nothing Bring Me Down” – “Məni heç nə dayandıra bilməz” dir.

İda Kellinq qaçmağa 60 yaşlarında başlayıb. 95 yaşında isə 60 metrlik məsafəni qət etməklə, yaş qrupu arasında dünya rekordu qazanıb. O, eləcə də 100 yaşında 100 metrlik məsafəni qət edən ilk qadındır.

İda Kellinqin son nəaliyyəti isə “Can't Nothing Bring Me Down” kitabıdır. Onu bir il ərzində iki oğlunun ölümündən başqa nə dayandıra bilərdi? İda Kellinq: “Onların hər ikisi vəfat etdikdən sonra mən özümü ələ ala bilmirdim. Mən gücdən düşürdüm. Getdikcə həvəsdən düşür, nə isə etmək, heç kəslə danışmaq istəmirdim. Sonra bütün bunlara görə özümü günahlandırdım.”

İda qızının məsləhətinə qulşaq asdığını deyir. “Mən yenidən qaçmağa başladım. Qaçdıqca gücüm artırdı və elə bil quyudan çıxırdım. Mən bunu davam etdirdim.”

Barmaqlarında və dizlərindəki artritə baxmayaraq, bu 102 yaşlı qadın hər səhər idmanla məşğul olur. O, yaşından asılı olmayaraq, insanları fiziki aktivliyə çağırır. “Qalx ayağa və gəz. Oturma, qalx və nə isə et. Bəzən “heç nə etmək istəmirəm” deyə, düşünürsən, amma ayağa qalxıb nə isə etməlisən. Onda özünüzü necə hiss etdiyini görəcəksən. Bu böyük işdir.”

100 yaşa qədər yaşayan insan azdır, lakin onların sayı artmaqdadır. 2010-cu ildə aparılan hesablamalara görə, ABŞ-da yüz yaşından yuxarı 53 min insan yaşayır. Bu göstərici 1980-ci illə müqayisədə 20 min nəfər çoxdur.

Alimlər genlərin mühümlüyünü də vurğulayır. Lakin bununla yanaşı sağlam həyat tərzi və idman da öz töhfəsini verir.

XS
SM
MD
LG