Accessibility links

İntihara mane olmaq olarmı?


Ümumdünya Səhiyyə Təşkilatına istinadən bildirilir ki, dünyada hər 40 saniyədən bir intihar olur. İntiharı proqnozlaşdırmaq çətin olsa da, yeni araşdırmaların nəticələri göstərib ki, xəstəxana məlumatlarına əsasən intihar riskinin qarşısını almaq və insanların həyatını xilas etmək mümkündür.

Ailə üzvləri və ya yaxın dostlardan kiminsə intihar edəcəyini əvvəlcədən bilmək çətindir. Doroti Pousun oğlu Piterın həyatına son qoyması bütün ailəni sarsıtdı. “Biz təsəvvür edə bilməzdik, heç birimiz. O bunu büruzə vermirdi. Heç kimə heç nə deməmişdi.”

İntihar gizli, qapalı bir mövzu olaraq qalan sağlamlıq problemidir. Doktorlar Tomas Makkoy və Roy Perlis xəstənin intihar edə bilib-bilməyəcəyini öyrənmək istəyirlər. Onlar yarım milyon insanın xəstəlik tarıxçəsini qaldırıb. “Bu təhqiqatın əsas məqsədi intihara səbəb olan faktorlar haqqında daha çox məlumat alamq üçün bir model qurmaqdır. Biz həkimlərin xəstəxanadan çıxarkən xəstələr haqda yazdıqlarından əlavə məlumat axtarırıq” deyə, doktor Roy Perlis bildirir.

Onlar xəstəlik haqda tarixçələrdən və xəstə haqda məlumat verə bilən kompüterdən istifadə edir. “Biz təbii dil prosesi və kompüterlər vasitəsilə həkimlərin xəstələri və xəstəlik haqda yazdıqlarını araşdırırıq. Bu yolla çətin nəticələri əvvəlcədən müəyyən etməyə çalışırıq "

Massaçutses Mərkəzi Xəstəxanasının həkimləri Makkoy, Perlis və digər araşdırmaçılar adi “bədbəxt” və ya “zəif” kimi sözlərındən çox istifadə edənlərdə intihar riskinin çox olduğunu aşkar edib. “Bu bizə diaqnoz, istifadə edilən dərmanlar, insanların yaşı və cinsindən başqa, onlar haqda daha çox məlumat əldə etməyə imkan verir.”

Həkimlər bunun intiharı proqnozlaşdlırmanın başlanğıcı olduğunu etiraf edir. Onlar Birləşmiş Ştatlar və digər ölkələrin xəstəxanalarından intihara işarələri buraxılış yazılarında axtarır.

XS
SM
MD
LG