Accessibility links

“Müsəlman Birliyi” Hərəkatının fəalı tutulub


Elşən Abbasov
Elşən Abbasov

Bərdə rayonunda (Bakıdan 305 kilometr qərb) "Müsəlman Birliyi" Hərəkatının fəalı Elşən Abbasov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234 (narkotik maddələrin qanunsuz dövriyyəsi) və 228-ci (qanunsuz silah saxlamaq) maddələri ilə ittiham irəli sürülüb.

Polisin bildirdiyinə görə, E.Abbasovdan 1,9 qram heroin götürülüb, onun avtomobilindən isə "Naqan" markalı tapançası, qumbara və bıçaq tapılıb.

Fəalın doğmaları ittihamların saxta olduğunu bildiriblər və E.Abbasovun "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadəni dəstəklədiyi üçün təqib olunduğunu deyiblər. T.Bağırzadə və onun bir qrup tərəfdarı "Nardaran işi" ilə bağlı uzun müddətə azadlıqdan məhrum edilib.

E.Abbasov bundan əvvəl 2011-ci il mayın 6-da dindarların Təhsil Nazirliyinin önündə məktəblərdə hicaba qadağanın aradan qaldırılması tələbilə keçirdikləri mitinqdə iştiraka görə ictimai asayişin pozulması ittihamı ilə 2 il azadlıqdan məhrum edilmişdi.

E.Abbasov son vaxtlar müxalifətin mitinqlərində iştirak edib.

XS
SM
MD
LG