Accessibility links

Həbsdə olan AXCP fəalı psixiatriya xəstəxanasına yerləşdirlib


Füzuli Hüseynov
Füzuli Hüseynov

Müxalifətin 7 oktyabr mitinqi ərəfəsində 30 gün müddətinə həbs edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) fəalı Fizuli Hüseynovu oktyabrın 13-də psixiatriya xəstəxanasına yerləşdiriblər. Bu barədə Amerikanın Səsinə vəkil Əsabəli Mustafayev bildirib.

Onun sözlərinə görə, oktyabrın 13-də günün birinci yarısında Bakı Apellyasiya Məhkəməsində həbs edilmiş 4 AXCP fəalının, o cümlədən Hüseynovun şikayətinə baxılıb.

Vəkil onun davranışında qəribə heç nə hiss etməyib. Amma Hüseynov oktyabrın 6-dan etibarən susuz aclıq aksiyası keçirdiyinə görə süst və solğun görünürdü.

Fəalların şikayətləri təmin edilməyib və onları təcridxanaya qaytarıblar.

Günün ikinci yarısında Hüseynov doğmalarına zəng edib və Maştağa qəsəbəsindəki psixiatriya xəstəxanasına aparıldığını bildirib.

Vəkil Hüseynovun hansı əsasla psixiatriya xəstəxanasına yerləşdirildiyini bilmədiyini deyib.

Səbəblərdən biri polisin aclığın Hüseynovun həyat və sağlamlığı üzərindəki nəticələrinə görə məsuliyyəti öz üzərindən atmaq niyyəti ola bilərdi.

"Bu gün səhər təcridxanadan onların evinə zəng ediblər və bildiriblər ki, artıq Fizuli Hüseynovun ağzından köpük gəlir, gəlib onu yeməyə başlamağa razılaşdırsınlar. Ola bilər ki, təcridxanada ondan xilas olmaq qərarına gəliblər. Ya da psixiatriya xəstəxanasında onu məcburi şəkildə qidalandıra biləcəkləri qənaətinə gəliblər", vəkilin təxmini belədir.

Müdafiəçi Hüseynovu psixiatriya xəstəxanasına uzun müddətlik yerləşdirmək istədikləri ehtimalını da istisna etməyib, belə ki, o, həbslərə baxmayaraq, siyasi məhbusları müdafiə aksiyalarına son qoymur. Fəal artıq təkbaşına piketlər keçirib, istintaq təcridxanasında isə aclığa başlayıb.

Vəkil hesab edir ki, 53 yaşlı Hüseynov normal adekvat insandır, ailəsi, övladları, nəvəsi var.

Mustafayevin sözlərinə görə, Hüseynovu psixiatriya xəstəxanasına "təcili yardım" maşını ilə aparıblar. 48 saat ərzində onu müayinə etməli idilər və yalnız həkimlərin rəyi əsasında məhkəmə məcburi müalicə haqqında qərar qəbul edə bilər.

Vəkil ombudsman aparatına baş verənlər haqqında məlumat verib və şənbə günü xəstəxanada Hüseynovla görüşə nail olmaq niyyətindədir.

AXCP lideri Əli Kərimli Hüseynovun dərhal azad edilməsini tələb edib.

O, Hüseynovun xəstəxanaya yerləşdirilməsini disidentlərin fərqli düşüncəyə görə psixiatriya xəstəxanalarına yerləşdirildiyi SSRİ təcrübəsinə qayıdış kimi qiymətləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG