Accessibility links

Həcc ziyarətində 717 nəfər həlak olub


Muslim pilgrims gather around the victims of a stampede in Mina, Saudi Arabia during the annual hajj pilgrimage, Sept. 24, 2015.
Muslim pilgrims gather around the victims of a stampede in Mina, Saudi Arabia during the annual hajj pilgrimage, Sept. 24, 2015.

Hadisə Mina şəhərciyində baş verib

Cümə axşamı illik Həcc ziyarəti zamanı Məkkə şəhəri yaxınlığındakı izdiham arasında yaranmış sıxlıq nəticəsində 717 nəfər ölüb, 450 nəfər xəsarət alıb.

Səudiyyə Ərəbistanı rəsmiləri bildirir ki, hadisə Mina şəhərində baş verib və orada Həcc ziyarətinin son ritualı olaraq Qurban bayramından öncə zəvvarlar şeytana daş atırlar.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi ölənlərin sayı barədə məlumatı Twitter hesabında paylaşıb və xilasedicilərin xərəklərdəki insanlara yardım etdiyini göstərən şəkillər bölüşüb. Bir şəkildə isə xilasedicinin bir kişini həyata qaytarmağa çalışdığı görünür.

Son 25 ildə Həcc ziyarəti zamanı oxşar hadisələrin sayı artıb.

İslam dininə əsasən müsəlmanlar həyatda bir dəfə də olsa Həcc ziyarətinə getməlidirlər. Bu il Məkkəni 2 milyondan çox zəvvar ziyarət edir.

Ən dəhşətli hadisə isə 1990-ci ildə baş verib. O zaman Mina tunelində baş verən sıxlıq zamanı 1400 insan ölüb.

Bu ayın əvvəli Məkkə şəhərinin Böyük Məscidinin damına kran düşməsi ilə 109 nəfər həlak olub, 400 nəfər xəsarət alıb.

XS
SM
MD
LG