Accessibility links

Həkimlərə yardım edən əlcək [Video]


Serebral palsi, yəni beyin iflici kimi tədricən artan əzələ xəstəliklərinin təsirlərindən biri də əzələnin sərtləşməsidir. Buna yardım edən dərman və terapiyalar var, amma onların effektivlyini ölçmək çox çətindir. İndi isə xəstələri rahatlaşdırmanın yeni yüksək texnologiyalı yolu var.

Bu texnologiya diaqnoz və ya müalicə üsullarını təkmilləşdirmələri üçün həkimləri obyektiv məlumatla təmin edəcək.
Harinat Qarudadri

Dr. Endrü Skalski beyin iflici xəstəsi olan Mayk Kroslinin əlini hərəkət etdirərək onun əzələlərinin sərtləşməsini yoxlayır. Onun müalicəsi demək olar ki, tamamilə bu hərəkətlərə əsaslanır və o, bunun dəqiq müalicə olmadığını etiraf edir.

“Bir çox xəstəmiz onlara heç bir yardımı toxunmayan çox sayda dərman qəbul edir. Onların bu dərmanlara ehtiyacı yoxdur, amma biz onlara bu dərmanları veririk, çünki beləcə onlar özlərini daha yaxşı hiss edir. Bizim isə bu dərmanların onlara həqiqətən kömək edib-etmədiyini yoxlamaq üçün yaxşı sistemimiz yoxdur. Bəzən də biz onlara dərmanları lazım olandan az və ya çox dozada veririk”, deyə o bildirir.

Amma 300-dən çox sensoru olan yeni əlcək əzələ sərtləşməsinin müalicəsinə yardım edə bilər.

“Bu texnologiya diaqnoz və ya müalicə üsullarını təkmilləşdirmələri üçün həkimləri obyektiv məlumatla təmin edəcək”, Kaliforniya Universiteti, San Dieqodan Harinat Qarudadri deyir.

Əlcək həkim xəstənin bədəninin müxtəlif yerlərini hərəkət etdirəndə hər bir sensora tətbiq olunan təzyiqi ölçür.

Ümid edirəm ki, bununla yeni müalicə üsulları inkişaf etdiriləcək və biz xəstələrə hansı dərmanların və ya müalicələrin faydalı olduğunu öyrənə və onlar üçün ən optimal dozaları ölçə biləcəyik. Ən əsası isə bizim gördüyümüz iş artıq təxminlər əvəzinə dəqiq elmə əsaslanacaq.
Dr. Enrdü Skalski

Əlcək ilk öncə süni əlin üzərində sınaqdan keçirilib.

Onun yaradıcıları deyir ki, əlcəksiz əzələnin sərtliyini yoxlayanda həkimlə xəstə arasında uyğunluq yalnız 26 faiz olur.

Amma əlcəklə bu göstərici artır.

Harinat Qarudadri: “Biz öz sensorları olan süni xəstə yaratdıq. Bu süni pasient əlini hərəkət etdirəndə baş verənləri qeyd edir. Daha sonra isə biz əlcəklə süni xəstədən alınan məlumatları müqayisə etdiyimizdə məlumatların 82 faizi üst-üstə düşürdü. Bu o deməkdir ki, biz çox irəliləyişlər əldə etmişik”.

Doktor Skalski əlcəyin diaqnozla bağlı təxminləri aradan qaldıracağına ümid etdiyini deyir.

“Ümid edirəm ki, bununla yeni müalicə üsulları inkişaf etdiriləcək və biz xəstələrə hansı dərmanların və ya müalicələrin faydalı olduğunu öyrənə və onlar üçün ən optimal dozaları ölçə biləcəyik. Ən əsası isə bizim gördüyümüz iş artıq təxminlər əvəzinə dəqiq elmə əsaslanacaq”, deyə o bildirir.

Əlcək hələ də inkişaf mərhələsində olsa da, çox yaxında həkimləri bütün xəstəliklər, o cümlədən insult və travmatik beyin zədələnməsi ilə bağlı daha dəqiq məlumatla təmin edəcək.

XS
SM
MD
LG