Accessibility links

Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib


Mayın 16-da Azərbaycanın müdafiə naziri Zakir Həsənovun ölkədə səfərdə olan Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Oleq Dviqalyovla görüşündə hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Oleq Dviqalyov Belarus hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndirib.

Tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə edərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdiriblər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG