Accessibility links

Azərbaycan və Səudiyyə Ərəbistanı hərbi əməkdaşlıq edəcək


Zakir Həsənov və Əli bin İbrahim Fəvvaz
Zakir Həsənov və Əli bin İbrahim Fəvvaz

Fevralın 6-da Azərbaycanın müdafiə naziri Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Zakir Həsənov regiondakı təhlükəsizlik vəziyyətinə toxunub, Dağlıq Qarabağ məsələsinin həllində Səudiyyə Ərəbistanın daim Azərbaycanın mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr yaratmadığına görə minnətdarlığını bildirib.

Səudiyyə Ərəbistanı nümayəndə heyətinin rəhbəri general-mayor Əli bin İbrahim Fəvvaz bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də iki ölkə arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.

Əli bin İbrahim Fəvvaz əlavə edib ki, müsəlman ölkəsi olaraq Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və Azərbaycanın haqq işində ölkəsinin daim onun yanında olduğunu bəyan edib.

Görüşdə hər iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, səfərlərin təşkili və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

XS
SM
MD
LG