Accessibility links

Müdafiə Nazirliyi: Azərbaycan “Bal-E” raket sistemlərinin alınması barədə Rusiyaya müraciət etməyib


Azərbaycan “Bal-E” raket sistemlərinin alınması barədə Rusiyaya müraciət etməyib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlik son günlər bir sıra kütləvi informasiyalarda vasitələrində “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Bakıya satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatları təkzib edib.

Qeyd olunub ki, bununla bağlı heç bir rəsmi danışıq aparılmayıb.

“Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin olunması məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”, Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Rusiyanın “Kommersant” qəzeti Moskvanın Bakıya raket kompleksləri verməkdən imtina etdiyini yazır. Hərbçilərin fikrincə, “Bal” sahil raket kompleksi Xəzər dənizindəki Rusiya gəmilərinə təhlükə törədə bilər. Digər tərəfdən, qəzetin yazmasına görə, Rusiya bu komplekslərin Dağlıq Qarabağ münaqişəsində istifadə olunmasını istəmir. ​

Qəzetin yazdığına görə, bu kompleks ərazi sularına, bazalarına, sahil infrastrukturuna, dəniz kommunikasiyalarına nəzarət üçün hazırlanıb. Kompleksə özüyeriyən komanda-idarəetmə və rabitə məntəqələri, gəmi əleyhinə raketlərlə birlikdə özüyeriyən buraxılış qurğuları, nəqliyyat-yükləmə maşınları daxildir. Kompleks 120 km məsafədə hədəfi vura bilər.

Rusiya Müdafiə Nazirliyindən məlumatı şərh etməyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG