Accessibility links

Hizbullah lideri yaraqlıların Suriyada qalacağını deyib


Livanın Hizbullah yaraqlı qrupunun lideri Həsən Nəsrulla Suriyada döyüşən yaraqlılarının bu ölkədə ehtiyac olduğu qədər qalacağını deyib. Hizbullah lideri bu gün Beyrutun cənubunda minlərlə şiə tərəfdarının qarşısında çıxışı zamanı deyib ki, Hizbullah müxalifətin prezident Bəşar Əl-Əsədi devirmək istədiyi Suriyanın müdafiəsinə yardım edir. .

Belə bir açıqlama Suriyada zorakılıqların davam etdiyi vaxt verilib.

Bu arada Suriyanın dövlət mediası bu gün Dəməşqdəki ticarət mərkəzi yaxınlığında həyata keçirilən partlayışın azı bir nəfərin ölümünə, bir neçə nəfərin yaralanmasına səbəb olduğunu bildirib.
XS
SM
MD
LG