Accessibility links

Tramp: Hillari Klinton həbs edilməlidir


Qadınlara qarşı nalayiq hərəkətlərə görə ittihamlarla üzləşən ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp medianı prezident seçkiləri prosesinin işiqlandırılmasının rəqibi Hillari Klintonun mənafeyinə xidmət etməkdə günahlandırıb.

“Hillari Klinton ittiham edilərək, həbsə salınmalıdır”-deyə Tramp Tweeter hesabında yazıb.

“Bunun əvəzinə o, yarışlara qatılaraq, seçkiləri saxtalaşdırmaq niyyətindədir. Klinton dövlət katibi vəzifəsində ikən şəxsi elektron poçtundan istifadə etməsinə görə həbs edilməlidir“- deyə Tramp bildirib.

Hillari Klinton ittiham edilərək, həbsə salınmalıdır

​Təhqiqatlardan sonra Federal Kəşfiyyat Bürosunun direktoru Ceyms Komi bildirib ki, Klintona qarşı ittiham irəli sürülməsi müvafiq hesab edilmir.

Trampın bu son ittihamları ona qarşı iki qadın tərəfindən irəli sürülən iddialardan bir neçə gün sonraya təsadüf edir.

Cessica Leeds və Reyçel Kruks Trampın icazə almadan onları öpdüyünü, yaxud əlini bədənində gəzdirdiyini iddia edir. Hadisələrdən birinin 2005-ci ildə, digərininsə 30 il əvvəl baş verdiyi deyilir.

Sözügedən qadınlar prezidentliyə namizədlərin 2-ci debatını izləyəndən sonra bu barədə danışmaq qərarına gəliblər. Debat zamanı CNN-in əməkdaşı Trampdan "qadınları onların razılığı olmadan öpüb-öpmədiyini..." soruşub. Namizədsə cavabında "yox" deyib.Trampın vəkili qəzetdən "tam və dərhal təkzib verməsini və üzr istəməsini" tələb edib.

"Sizin məqaləniz düşüncəsiz və böhtan xarakterlidir". Bu sözləri vəkil Marc E. Kasovitz "The New York Times"ın icraçı redaktoruna göndərdiyi məktubda yazıb və fikrini belə əsaslandırıb: "Hər şeydən əvvəl məqalənin dərc edildiyi vaxtdan aydın görünür ki, bu, cənab Trampın namizədliyini gözdən salmağa yönəlmiş siyasi motivli cəhddən başqa bir şey deyil".

Trampın özü isə "The Palm Beach Post" qəzetini bənzər məzmunlu yazıya görə məhkəməyə verməklə hədələyib.

XS
SM
MD
LG