ABŞ dövlət katibi Hillari Klinton başındakı trombdan müalicə olunduğu Nyu-York xəstəxanasından çıxarılıb.
Klinton dünən axşam Nyu-Yorkun Presbiterian xəstəxanasından həyat yoldaşı, sabiq ABŞ prezidenti Bill Klinton və qızı Çelsi ilə bərabər çıxıb.
Həkimlər onun tam sağalacağına əminlik bildirib.
Hillari Klinton dekabr ayının ortalarında əziyyət çəkdiyi trombdan müalicə olunmaq üçün xəstəxanaya çatdırılıb.
O, evdə mədə virusuna yoluxduqdan sonra huşunu itirərək yıxılıb və başını zədələmişdi.