Accessibility links

Hillari Klinton: Prezidentlik yarışlarına qoşuluram


ABŞ-ın keçmiş birinci xanımı Hillari Klinton 2016-cı ildə prezidentlik uğrunda mübariəzəyə qoşulacağını rəsmən elan edib.

Sosial mediada yerləşdirilən video reklamda xanım Klinton aylardır çoxlarının gözlədiyi kimi kampaniyaya başladığını bildirib.

O deyib ki, amerikalıların onlar uğrunda mübarizə aparacaq qəhrəmana ehtiyacı var və o bu qəhrəman olmaq istəyir.

Kampaniyaya başladığını elan etdikdən bir neçə saat sonra Hillari Klinton hazırda yaşadığı Nyu-York şəhərindən 2016-cı ildə prezident seçkilərində ilk praymeriz və kokusların keçiriləcəyi Ayova ştatına yola düşüb.

Bu yaxınlarda keçirilmiş rəy sorğuları xanım Klintonun Demokrat partiyasından mümkün hər bir namizədi üstələyə və 2016-cı ildə respublikaçı namizədlər üzərində qələbə çala biləcəiyini göstərib.

Respublikaçılar parityasından prezidentlik uğrunda mübarizə aparacaq namizəd senator Ted Kruz dərhal öz tənqidlərini Hillari Klintona yönəldib.

Kruz və Repsublikaçılar partiyasından digər namizədlərin diqqəti Hillari Klintonla bağlı bir neçə mübahisəli məsələ üzərində saxlayacağı gözlənilir. Buraya ABŞ-ın Liviyada Benqazi şəhərində konsulluğuna terror hücumu və Dövlət katibi olduğu zaman onun şəxsi e-maillərdən istifadə etməsi kimi məsələlər daxildir.

XS
SM
MD
LG