Accessibility links

Hillari Klinton: Ukrayna seçkiləri demokratiya yolunda “geriyə doğru atılan addım”dır


ABŞ dövlət katibi bazar günü Ukraynada keçirilən parlament seçkilərinin tənqidlərinə qoşulub. Bosniya paytaxtı Sarayevoda danışan Hillari Klinton seçkiləri demokratiya yolunda “geriyə doğru atılan addım” adlandırıb.

Rəsmi nəticələrə görə, prezident Viktor Yanukoviçin hakim partiyası parlamentdəki çoxluğu saxlamaqdadır. Səslərin hesablanan 95 faizinə görə, həbsdə olan sabiq baş nazir Yuliya Timoşenkonun Vətən Partiyası ikinci yerə çıxıb.

ATƏT-in seçki müşahidəçiləri hakim partiyanın dövlət vəsaitlərindən seçkiqabağı kampaniya üçün istifadə etdiyini bildirib.

Ukraynanın baş naziri Mıkila Azarov tənqidləri rədd edərək, seçkilərin müşahidə missiyası tərəfindən "pozitiv" adlandırıldığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG