Accessibility links

Hilları Klintonun E-maillərlə bağlı qalmaqalı yenidən gündəmdə [Video]


Hilları Klintonun E-maillərlə bağlı qalmaqalı yenidən gündəmdədir
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Prezidentlik kampaniyasını davam etdirən Hilları Klintonla bağlı məsələ yenidən gündəmdədir. Hökumətin açıqladığı yeni hesabatda deyilir ki, sabiq dövlət katibi departamentin qanunlarına zidd olaraq rəsmi məlumatları öz şəxsi e-mailindən istifadə edərək paylaşıb. Dövlət Departamentinin baş müfəttişi bunun təhlükəsilik riski olduğunu deyib.

Yeni hesabatda deyilir ki, xanım Klinton dövlət katibi vəzifəsindən getməzdən əvvəl hökumətlə bağlı bütün e-mailləri təhvil verməli idi. Lakin Dövlət katibinin sözçüsü xanım Klintonun bu qanunu pozan yeganə dövlət katibi olmadığını deyib. “Biz dövlət katibləri və digər yüksək vəzifəli şəxslərin e-mail və dövlət sənədlərinin məxvi saxlanması yolunda daha yaxşı iş görə bilərdik. Biz bunu boynumuza alırıq. Lakin indi söhbət dövlət katibi Klintondan gedir” deyə, Mark Toner bildirir.

E-maillər barədə ilk söhbət açılanda xanım Klinton qeyri-qanuni heç nə etmədiyini demişdi. Lakin sonradan o, başqa cür hərəkət etməməli olduğunu etiraf etmişdi. “İcazə olsa belə. Mən iki hesab açmalı idim, biri şəxsi, digəri isə işlə bağlı e-maillər olmalı idi. Mən səhv etdim, üzr istəyirəm, mən məsuliyyəti öz üzərimə götürürəm.”

Xanım Klinton özünün şəxsi hesabından 50 000 səhifədən ibarət rəsmi e-maili Dövlət Departamentinə təhvil verdikdən sonra bu məsələ müvəqqəti dayandırıldı. Lakin bu həftə yeni hesabat açıqlandırdan sonra bu, bir də gündəmə gəldi və onun Respublikaçı rəqibi bunu öz xeyrinə istifadə etməyə başladı. Donald Tramp: “Əli-əyri Hillari, əli-əyri Hillari. Bu gün o, bir az bəd xəbər aldı, baş müfəttişin hesabatı yaxşı olmadı.”

Demokratların lideri Nensi Pilosi isə xanım Klintonu müdafiə edərək, onun da digər dövlət katiblərinin etdiklərini etdyini dedi. “Hesabat uzunmüddətli və sistematik çatışmazlığın bütün dövlət katiblərinin fəaliyyətlərinin hüdudlarını aşdığını göstərir.

Hesabat Dövlət Departamentinin 1997-ci ildən indiyədək qanunları, siyasəti və təcrübələri ilə bağlı araşdırmalara əsasən hazırlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG