Accessibility links

Hindistanda isti hava dalğası davam edir


Hindistanda isti hava dalğası 1800-dən artıq insan həyatına son qoyub.

Sinoptiklər qarşıdan gələn günlər ərzində temperaturun yüksək qalmaqda davam edəcəyini proqnozlaşdırıb.

Ölüm halları əsasən Andra Pradeş və Telanqana ştatlarında qeydə alınıb.

Hinditsanın Meteorologiya İdarəsinin bildirdiyinə görə, ayın sonunadək hərarət 43 dərəcədən yüksək olacaq.

Ötən həftə temperatur 48 dərəcəyə qalxıb. Xəstəxanalar gün vurması və dehidrasiyaya məruz qalan insanlarla doludur.

Rəsmilər insanlara qızmar günəş altına çıxmamağı məsləhət görüb.

Paytaxt Dehlidə kondisionerlər üçün elektirik enerjisinə təlabat artdığına görə minlərlə insan elektiriksiz qalıb.

Yaxın günlərdə cənub ştatlarda yağış mövsümü başlayır.

XS
SM
MD
LG