Accessibility links

Himalay buzlağının bir hissəsinın qopması böyük fəlakətə səbəb olub


Hindistanın şimalındakı Himalay buzlağının bir hissəsinın qopması yaxınlıqdakı iki hidro-elektrik stansiyasının su və palçıqla dolmasına səbəb olub. Fövqəladə yardım qrupları bazar ertəsi stansiyanın tunelində ilişib qalan 37 işçini xilas etməyə çalışıb.

Rəsmilər azı 18 cəsədin çıxarıldığını, lakin 165 nəfərdən çox insanın itkin düşdüyünü və çox guman ki, onların da öldüyünü bildirib.

Ordu və polis işçiləri də daxil olmaqla, vadidə axtarış-xilasetmə əməliyyatına 2000-dən çox insan cəlb olunub.

Daşqınlar Alaknanda çayı üzrərində hidro-elektrik stansiyanını dağıdıb, Dhauli Qanqa çayındakı stansiyalardan birinə isə zərər verib. İki çay Himalay dağlarından axaraq, Qanqa çayına çatmazdan əvvəl birləşir.

Buzun qopması dağın altında axan Dhauli Qanqa çayının zibillə dolmasına və suyun artmasına səbəb olub ki, aşağı səviyyədə yerləşən kəndlərin sakinləri evakuasiya edilməyə məcbur olub.

Bölgədən alınan videoda zibillə dolu boz buzlaq sularının vadidən keçərək, Uttaraxand ştatının şimalındakı bənddən keçdiyi nümayış etdirilib.

Alimlər buzlaqın fəlakətli şəkildə əriməsinə səbəbin qlobal istiləşmənin olduğunu deyir.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG